Niderland çempionatında 9:1 hesablı nəticə

Xəbərlər
15 Sentyabr 2024 11:00
73
Niderland çempionatında 9:1 hesablı nəticə

Erediviziyanın 5-ci turu çərçivəsində evdə "Heerenveen"ə 9:1 hesabı ilə qalib gələn "AZ Alkmaar" Niderland çempionatlarında ən böyük qələbəsinə imza atıb.

İdman.biz xəbər verir ki, meydan sahiblərinin yeni transferi irlandiyalı Troy Parrott ikinci hissənin əvvəlində səkkiz dəqiqə ərzində üç dəfə fərqlənib, ümumilikdə isə bu oyunda 4 qol vurub.

"Heerenveen"ə gəlincə, bu komanda ötən mövsüm "PSV Eyndhoven"ə də səkkiz top fərqilə məğlub olmuşdu - 0:8.

İdman.biz