Kurban Berdıyev: "Hər iki hissənin ilk dəqiqələrini uduzduq"

Xəbərlər
16 Sentyabr 2024 00:27
419
Kurban Berdıyev: "Hər iki hissənin ilk dəqiqələrini uduzduq"

"Paltardəyişmə otağında uşaqlara dedim ki, hər iki hissənin ilk dəqiqələrini uduzduq. Amma ümumən xarakter göstərdik. Futbolçularımdan çox razı qaldım".

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.

Rusiyalı mütəxəssis Misli Premyer Liqasının VI turunda "Sabah"la matçın son dəqiqəsində sayılmayan qolu şərh edib: "Yan xətt hakimi bildirdi ki, top göydə olanda meydanı tərk edib. Amma videoda görünmürdü. Bu, artıq onun qərarıdır. Komandanın oyununu qiymətləndirə bilmərəm. Bəzi problemlər var idi. Yaxşı məqamlar da var, yaxşı olmayan məqamlar da. Tam razıyam desəm, düz olmaz. Amma futbolçular həm məşqdə, həm də oyunda əllərindən gələni edirlər. Bu, bizi qane edir".

Qeyd edək ki, məğlubiyyətsiz irəliləyən "Turan Tovuz" "Sabah"la 2:2 heç-heçə oynayıb.

İdman.biz