Qriqorçuk 8 oyundur qələbə qazana bilmir

Xəbərlər
16 Sentyabr 2024 10:12
223
Qriqorçuk 8 oyundur qələbə qazana bilmir

“Zirə”yə 0:2 hesabı ilə məğlub olan “Neftçi”nin mövsümün startından qələbəsiz seriyası 6 oyuna çatıb.

İdman.biz xəbər verir ki, komandanın baş məşqçisi Roman Qriqorçukun əvvəlki klubu – Odessa “Çernomorets”ində də son iki qarşılaşmada qalib gələ bilmədiyini nəzərə alsaq, ukraynalı mütəxəssis artıq 8 matçdır qələbə nə olduğunu bilmir.

Bu, Qriqorçukun karyerasında ilk belə uğursuzluq deyil. O, 2022/23 mövsümünə “Çernomorets”də 10 oyunluq qələbəsiz seriya ilə başlamışdı.

“Qəbələ”də çalışanda Qriqorçukun ən uğursuz dövrü 2015-ci ilin oktyabr-noyabr aylarına təsadüf edib: komanda Azərbaycan Premyer Liqası və Avropa Liqasında ardıcıl 9 oyunda qalib gələ bilməyib.

Rasim

İdman.biz