Şakirinin qayıtdıqdan sonra ilk qolu

Xəbərlər
16 Sentyabr 2024 11:34
392
Şakirinin qayıtdıqdan sonra ilk qolu

Cerdan Şakiri "Bazel"ə qayıtdıqdan sonra ilk qolunu vuraraq komandasını İsveçrə kubokunun 1/8 finalına yüksəldib.

İdman.biz xəbər verir ki, 32 yaşlı hücumçu İsveçrə kubokunda aşağı liqa təmsilçisi "Stad Nyon"la (1:0) qarşılaşmada yeganə qola imza atıb.

Qarşılaşmanın əlavə vaxtında - 120+3-cü dəqiqədə Şakiri özünün qazandığı penaltini sərrast yerinə yetirib.

Qeyd edək ki, Şakiri daha əvvəl 2009-2012-ci illərdə “Bazel”in əsas komandasında çıxış edib.

İdman.biz

Məqalədə: