Urfan Abbasov: “Bizi çətin oyun gözləyir”

Xəbərlər
16 Sentyabr 2024 12:21
206
Urfan Abbasov: “Bizi çətin oyun gözləyir”

“Yubiley oyunumun olması məni sevindirir”.

Bunu İdman.bizə “Araz-Naxçıvan”nın futbolçusu Urfan Abbasov deyib.

O, Azərbaycan Premyer Liqasında 300-cu oyununu keçirməsinə münasibət bildirib. 32 yaşlı müdafiəçi bundan sonra da daha çox oyun keçirmək arzununda olduğunu vurğulayıb: “Əsas məqsədim bundan sonra da nəticələrimi yaxşılaşdırmaqdır. Ən vacibi zədəmin və problemimin olmamasıdır. Özümə budan sonra da yaxşı karyera arzulayıram. Əlimdən gələni edəcəyəm ki, daima yüksək nəticələr əldə edim”.

Abbasov Premyer Liqanın VII turunda “Turan Tovuz”la qarşılaşacaqları matçı şərh edib: “Dünən oyunlarını izlədik. Rəqib komanda çox iddialıdır və yaxşı səviyyədədir. “Turan Tovuz”un gücünə bələdik. Müdafiədə yaxşı oynayırlar. Çalışacağıq ki, həftə ərzində yaxşı məşqlər edərək tam formada bu matça çıxaq. Oyun səfərdə olacaq. Bizi çətin oyun gözləyir. Futbolda mümkünsüz heç nə yoxdur. Əsas odur ki, daha diqqətli və istəkli olaq. İnanıram ki, Tovuzda yaxşı nəticə qazanacağıq”.

Qeyd edək ki, Premyer Liqada 2011/12 mövsümündə debüt edən müdafiəçi 3 klubun formasını geyinib. O, “Qəbələ”də 248, “Səbail”də 47, “Araz-Naxçıvan”da 5 dəfə oyun keçirib.

Banuçiçək Hüseynli
İdman.biz