“Qəbələ”də nigeriyalı futbolçu

Xəbərlər
16 Sentyabr 2024 13:19
73
“Qəbələ”də nigeriyalı futbolçu

Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

İdman.biz xəbər verir ki, “Qırmızı-qaralar” nigeriyalı Oçe Oçoveçi ilə anlaşıb.

Ukrayna Premyer Liqa təmsilçisi “Krivbas”da çıxış edən 22 yaşlı yarımmüdafiəçi bir illik icarəyə götürülüb. Futbolçu karyerasına öz ölkəsinin “Platea Yunayted” komandasında başlayan Oçoveçi Portuqaliya klubu “Feirense”nin də formasını geyinib.

Qeyd edək ki, “Qəbələ” Azərbaycan I Liqasında ilk matçda evdə “Zaqatala” ilə qolsuz heç-heçə edib.

İdman.biz