UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib - FOTO

Xəbərlər
16 Sentyabr 2024 17:45
89
UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib - FOTO

Bakıda Milli Komandaların Təlim-Məşq Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib.

İdman.biz AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, məşğələlərə yerli təlimatçılar Faiq Əzizov, Üzeyir İbrahimov, Elşən Poladov və UEFA-nın qapıçılar üzrə təlimatçısı Mart Poom rəhbərlik ediblər.

Qeyd edək ki, məşqçi kursunun I mərhələsi martda, II mərhələsi mayda baş tutub.

İdman.biz

Məqalədə: