“Nefçi” - “Qarabağ” oyununun yeri dəyişdirilib

Xəbərlər
16 Sentyabr 2024 21:22
721
“Nefçi” - “Qarabağ” oyununun yeri dəyişdirilib

Azərbaycan Premyer Liqasının 7-ci turunda keçirilməsi nəzərdə tutulan “Nefçi” - “Qarabağ” oyununun yeri dəyişdirilib.

İdman.biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Məlumatda “Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə klub 7-ci turda “Qarabağ”a qarşı keçirəcəyi ev oyununun məkanının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət etdiyi bildirilib.

“Neftçi Arena”da aparılan təmir işlərinin yekunlaşmadığını, “Neftçi” klubunun rəsmi müraciətini, “Qarabağ” klubunun rəsmi razılığını rəhbər tutan Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edir:

* Azərbaycan Premyer Liqasının 7-ci turunun “Nefçi” - “Qarabağ” oyunu ilə 15-ci turun “Qarabağ” - “Neftçi” oyununun yeri dəyişdirilsin.

* Azərbaycan Premyer Liqasının 7-ci turunun “Nefçi” - “Qarabağ” oyunu ilə 15-ci turun “Qarabağ” - “Neftçi” oyununun yeri dəyişdirilsin.

* 7-ci turun “Qarabağ” - “Neftçi” oyunu 20 sentyabr saat 20:00-da “Azersun Arena”da oynanılsın.

* Klubların əvəzedici heyətləri arasında baş tutacaq oyunların proqramı əvvəlcədən açıqlandığı kimi saxlanılsın.

İdman.biz