Çempionlar Liqası: "Liverpul" Milandan qələbə ilə dönüb, Münhendə 11 qol

Xəbərlər
18 Sentyabr 2024 00:59
637
Çempionlar Liqası: "Liverpul" Milandan qələbə ilə dönüb, Münhendə 11 qol

Bu gün UEFA Çepionlar Liqasında 2024-25 mövsümünə start verilib.

İdman.biz xəbər verir ki, yeni sistem ilə keçiriləcək yarışda 6 oyun keçirilib.

Son çempion “Real” “Ştutqart”ı sınağa çəkib. Madrid klubu 3:1 hesabı ilə qalib gəlib.

Günün mərkəzi matçı isə İtaliyada keçirilib. “Milan” “Liverpul”la matçda erkən qol vursa da, sonradan qapısından 3 top buraxıb.

Günün, bəlkə də mövsümün ən məhsuldar qarşılaşması Münhendə qeydə alınıb. "Bavariya" Zaqreb "Dinamo"sunu 9:2 hesabı ilə məğlub edib.

UEFA Çempionlar Liqası
17 sentyabr
I tur

20:45. “Yuventus” – PSV - 3:1
20:45. “Yanq Boys” – “Aston Villa” - 0:3
23:00. “Milan” – “Liverpul” - 1:2
23:00. “Bavariya” – “Dinamo Zaqreb” - 9:2
23:00. “Real” – “Ştutqart” - 3:1
23:00. “Sportinq” – “Lill” - 2:0

Qeyd edək ki, I turun oyunları 3 gün ərzində keçiriləcək.

İdman.biz