Azərbaycanlı futbolçu Amil Yunanov karyerasını ölkə xaricində davam etdirəcək.
İdman.biz xəbər verir, 31 yaşlı hücumçu Albaniya çempionatında oynayacaq.
Yunanov "Bilis" klubu ilə mövsümün sonuna kimi müqavilə imzalayıb. Təmsilçimizin yeni komandası Albaniya Superliqasında 5 turdan sonra 5 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Amil ötən mövsümə "Səbail"in heyətində start verib. O, qış fasiləsindən sonra icarə əsasında "Kəpəz"ə keçib.
İdman.biz