İtalyanın “Roma” klubu baş məşqçisi Daniele De Rossi ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.
Ayrılığa səbəb komandanın göstərdiyi uğursuz nəticələr olub. De Rossi Joze Mourinyonun gedişindən sonra paytaxt klubuna rəhbərlik edib.
Qeyd edək ki, o, komandanı 30 matça çıxarıb. Bu oyunlarda komanda 14 qələbə, 9 heç-heçə və 7 məğlubiyyətlə yadda qalıb.
İdman.biz