Cahangir Həsənzadə UEFA-nın 14-cü Konfransında iştirak edib

Xəbərlər
18 Sentyabr 2024 14:19
77
Cahangir Həsənzadə UEFA-nın 14-cü Konfransında iştirak edib

Almaniyanın paytaxtı Berlində milli komandaların məşqçiləri və texniki direktorlarının iştirakı ilə UEFA-nın 14-cü Konfransı keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə də iştirak edib.

Konfrans zamanı bu il Almaniyada təşkil edilən Avropa çempionatının texniki analizi aparılıb, gənc futbolçuların əsas milli komandalara yüksəlmək üçün inkişaf yolu müzakirə olunub.

Həmçinin Təhsil və İnkişaf Strategiyası mövzusunda “work shop” keçirilib.

İdman.biz