Devid Bekhem hamını ŞOKA SALIB - VİDEO

Xəbərlər
18 Sentyabr 2024 15:56
1 052
Devid Bekhem hamını ŞOKA SALIB - VİDEO

Əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem maraqlı hərəkət ilə gündəmə gəlib.

İdman.biz xəbər verir ki, Böyük Britaniyanın “CBS Sports” telekanalında UEFA Çempionlar liqasına həsr olunan verilişə əvvəlcə onlayn bağlantı ilə qoşulub.

Lakin o, aparıcının və qonaqların suallarına cavab verməyərək, yayımda problem olduğunu deyib. Bağlantı davam edən zaman Devid gözlənilmədən studiyaya daxil olub. Onun gəlişi verilişin ekspertləri olan veteran futbolçular Ceymi Karrager, Tyeri Anri və Mika Riçardsı təəccübləndirib.

Bekhem daha sonra ona ünvanlanan sualları canlı olaraq studiyadan cavablandırıb.

İdman.biz