“Kəpəz”də növbəti transfer

Xəbərlər
18 Sentyabr 2024 16:24
94
“Kəpəz”də növbəti transfer

“Kəpəz” heyətinə daha bir futbolçu qatıb.

İdman.biz xəbər verir ki, Dioqo Verdaska mövsümün sonuna kimi Gəncə klubunun şərəfini qoruyacaq.

Portuqaliya oyunçu müdafiə mövqeyində çıxış edir.

Qeyd edək ki, 27 yaşlı Verdaskanın son klubu İspaniyada Sequnda (LaLiga 2) təmsilçisi "Mirandes" olub. "Porto"nun yetirməsi olan Dioqo İspaniyada "Real Saraqosa"da, eləcə də "Beytar" (İsrail, Yerüsəlim) və "Şlensk" (Polşa, Vrotslav) klublarında oynayıb.

İdman.biz