“Neftçi"də istefa

Xəbərlər
18 Sentyabr 2024 18:40
807
“Neftçi"də istefa

"Neftçi" idman direktoru Yens Anderssonla yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmət məlumat yayıb.

Müqaviləyə isveçli mütəxəssisin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib. 2023-cü ilin sentyabrından klubumuzda çalışan Anderssona "Neftçi"dəki fəaliyyətinə görə təşəkkür edilib.

Qeyd edək ki, verilən qərarın komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar olmadığı bildirilib.

İdman.biz