David Vilya: “Onu Messi ilə müqayisə etmək olmaz!”

Xəbərlər
19 Sentyabr 2024 09:24
343
David Vilya: “Onu Messi ilə müqayisə etmək olmaz!”

“Yamalı Messi ilə müqayisə etmək düzgün olmazdı”.

İdman.biz xəbər verir ki, bunu İspaniya millisinin sabiq hücumçusu David Vilya "Barselona"nın 17 yaşlı cinah futbolçusu Lamin Yamalın argentinalı Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirərkən deyib.

Vilyanın sözlərinə görə, Lamin yetkin və xüsusi oyunçudur, unikaldır, əvvəllər belə bir şey görməyiblər: “Lakin mən dəfələrlə demişəm ki, oyunçuları Messi ilə müqayisə etmək səhvdir. Bu, istənilən futbolçuya aiddir, istər Laminə, istər Haalanda, istərsə də Mbappeyə və s. Çünki Lionel hamıdan fərqlidir. Amma bu adamın etdiyi şey bizi düşünməyə vadar edir, biz onun limitinin nə vaxt, harda bitəcəyini belə bilmirik”.

Qeyd edək ki, Transfermarkt portalı Lamin Yamalın transfer dəyərini 120 milyon avro civarında qiymətləndirib. Onun “Barsa” ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər davam edəcək.

İdman.biz