Amil Yunanov: “Heç nə üçün gec deyil”

Xəbərlər
19 Sentyabr 2024 10:21
250
Amil Yunanov: “Heç nə üçün gec deyil”

“31 yaşımda ilk legioner həyatımdır. İnanıram ki, bundan sonra da 3, 4 il rahat oynayacam”.

Bunu İdman.bizə Albaniyanın "Bilis" klubuna transfer olunan Amil Yunanov deyib.

Təcrübəli futbolçu bildirib ki, Albaniyadan təklif anidən gəlib: “Albaniyadan təklif ani oldu. Mənə zəng gəldi ki, məşqçi heyəti, rəhbərlik səni komandada görmək istəyir. Şərtlərimi dedikdən sonra razılaşdıq. Bura gələndə əvvəllər bir yerdə oynadığım 1, 2 albaniyalı futbolçu ilə danışdım. Onlarla məsləhətləşərkən yaxşı şeylər söylədilər. Pis nəsə deyən olmadı. Bu səbəbdən də qərarımı verib müqavilə imzaladım”.

Yunanov qarşıdakı hədəflərindən də danışıb: “Heç nə üçün gec deyil. İnanıram ki, hər şey daha yaxşı olacaq. Hədəflərim maksimum oynayıb, qollar vurub, komandama kömək etmək, bundan sonra isə daha yaxşı yerlərə getməkdir”.

Qeyd edək ki, Amil ötən mövsümə "Səbail"in heyətində start verib. O, qış fasiləsindən sonra icarə əsasında "Kəpəz"ə keçib.

Emin Ağa
İdman.biz