Millimiz FİFA reytinqində geriləyib

Xəbərlər
19 Sentyabr 2024 12:26
525
Millimiz FİFA reytinqində geriləyib

FIFA milli komandaların yeni reytinq siyahısını dərc edib.

İdman.biz xəbər verir ki, yığmamız 2 pillə geriləyib.

Seçməmiz sentyabr ayı üçün açıqlanan reytinq siyahısında 1173,15 xalla 113-cüdür.

UEFA Millətlər Liqasında rəqiblərimizdən ən yaxşı göstərici İsveçə (1528,18 xal) aiddir. Onlar 1 pillə irəlləyərək 28-ci yerdə qərarlaşıblar. Slovakiya (1485,89 xal) 2 pillə irəlləyib və 42-cidir. 1 pillə irəlləyən Estoniya (1140.39 xal) isə 122-cidir.

Qeyd edək ki, Azərbaycan növbəti oyununu oktyabrın 11-də səfərdə Estoniyaya qarşı keçirəcək.

İdman.biz

Məqalədə: