Millimizdən ikinci məğlubiyyət

Xəbərlər
19 Sentyabr 2024 17:00
58
Millimizdən ikinci məğlubiyyət

15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyununu keçirib.

İdman.biz xəbər verir ki, millimiz Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Özbəkistan seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 76-cı dəqiqədə Könül Hüseynova vurub.

Azərbaycan milli komandası turnir çərçivəsində son oyununu sentyabrın 22-də Rusiya yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, millimiz ilk oyunda Belarusa 1:8 hesabı ilə uduzub.

İdman.biz

Məqalədə: