Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək

Xəbərlər
19 Sentyabr 2024 17:03
155
Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək

Azərbaycan Kubokunun 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

İdman.biz xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Mərasim “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında baş tutacaq.

Sentyabrın 30-da təşkil ediləcək tədbir saat 15:00-da başlanacaq.

Tədbirə bütün media nümayəndələri dəvətlidir. Azərbaycan Kubokunun 2024/25 mövsümündə Misli Premyer Liqası, I Liqa və II Liqanın bütün klubları iştirak edəcək.

Qeyd edək ki, püşkatma mərasimi “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

İdman.biz

Məqalədə: