Ronaldo əvvəllər Piolinin komandalarına qarşı oynayıb

Xəbərlər
19 Sentyabr 2024 17:20
154
Ronaldo əvvəllər Piolinin komandalarına qarşı oynayıb

Kriştianu Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” komandasını Stefano Pioli çalışdıracaq. İtaliyalı mütəxəssis karyerasının böyük hissəsini “Milan”da keçirib (2019-2024) və bu klubla 2022-ci ildə A seriyasında çempion olub.

İdman.biz xəbər verir ki, Kriştianu Ronaldo əvvəllər Piolinin rəhbərliyi altında çıxış etməyib, amma onun komandalarına qarşı oynayıb.

Portuqaliyalı superulduz 2018-ci ildə formasını geyindiyi “Yuventus”la Piolinin çalışdırdığı “Fiorentina”ya 3:0 hesabı ilə qalib gəldikləri oyunda qol da vurub.

2019-2021-ci illərdə isə “Yuventus” və “Milan” qarşıdurmasında Kriştianu Ronaldo və Piolinin komandaları hərəyə 2 qələbə qazanıblar, daha iki oyun da heç-heçə nəticələnib.

Xüsusilə 2020-ci ilin iyulunda Milanda keçirilən qarşılaşma yaddaqalan olub. Belə ki, matçın 53-cü dəqiqəsində Kriştianu Ronaldo hesabı 0:2 etsə də, meydan sahibləri qalan vaxt ərzində 4 qol vuraraq əzmkar qələbə qazanıblar.

Rasim
İdman.biz