“Sumqayıt”ın futbolçusu “Asiya Futbol Mükafatları”na namizəddir

Xəbərlər
19 Sentyabr 2024 17:47
278
“Sumqayıt”ın futbolçusu “Asiya Futbol Mükafatları”na namizəddir

“Sumqayıt”ın futbolçusu İsa Suliman “Asiya Futbol Mükafatları”nın ən yaxşı kişi futbolçu nominasiyası üzrə namizədlər arasında yer alıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 25-də İngiiltərənin “Uembli” stadionunda keçiriləcək tədbirdə futbolçunun rəqibləri Yan Dhanda (“Harts”, Şotlandiya) və Hamza Çodhuri (“Lester”, İngiltərə) olacaq.

Qeyd edək ki, Suliman Pakistan millisinin mərkəz müdafiəçisidir.

İdman.biz