Mişel Platinidən futbolla bağlı ŞOK TƏKLİF

Xəbərlər
20 Sentyabr 2024 09:24
486
Mişel Platinidən futbolla bağlı ŞOK TƏKLİF

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPro) prezidentinin müşaviri və UEFA-nın keçmiş prezidenti Mişel Platini oyun qaydalarına əsaslı dəyişiklik etməyi təklif ediblər.

İdman.biz xəbər verir ki, Platinin təklifi, əsasən oyunçuların sayı ilə bağlıdır.

Mütəxəssis bildirib ki, azı hər komandadan bir futbolçu çıxarılmalıdır. O, fikrini belə əsaslandırıb: Bəlkə də hər komandadan 1 oyunçu çıxarıb 10 nəfərlə oynamalıyıq. Keçən əsrdə onlar 11 nəfərlik komandalarda oynayırdılar. O vaxt futbolçular indikindən daha az və yavaş qaçırdılar. Həmçinin, o dövrlərdə oyunçular fiziki cəhətdən daha zəif idilər. Ona görə də oyunçuların sayını azaltmaq yaxşı fikir ola bilər. Belə olduqda, meydan bir qədər genişlənəcək”.

İdman.biz

Məqalədə: