"Harts"ın baş məşqçisi: “Azərbaycana səfərimiz çətin olacaq...”

Xəbərlər
20 Sentyabr 2024 10:31
344
"Harts"ın baş məşqçisi: “Azərbaycana səfərimiz çətin olacaq...”

Məlum olduğu kimi, Minsk "Dinamo"su UEFA Konfrans Liqasında ev oyunlarını neytral meydanda - Sumqayıtda keçirəcək. Belarus klubunun ilk oyunu oktyabrın 3-də Şotlandiyanın "Harts" komandasına qarşı olacaq.

İdman.biz "Edinburghnews"a istinadən xəbər verir ki, Edinburq klubunun baş məşqçisi Stiven Neysmit Azərbaycana səfərlə bağlı narahatlığını bildirib: “Ən çətin iş, yəqin ki, yarışın əvvəlində olacaq. Üç gün ərzində əvvəlcə Azərbaycana, sonra da Aberdinə getməli olacağıq. Bu, həmişə problem olub”.

İdman.biz

Məqalədə: