Əfran İsmayılov: “Qarabağ” asanlıqla qələbə qazanacaq”

Xəbərlər
20 Sentyabr 2024 12:12
346
Əfran İsmayılov: “Qarabağ” asanlıqla qələbə qazanacaq”

“Neftçi” formada deyil, yaxşı futbol göstərmir. Buna baxmayaraq, gərgin oyun olacaq”.

Bunu İdman.bizə “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov deyib.

Veteran futbolçu bu gün Misli Premyer Liqasında keçiriləcək “Qarabağ” - “Neftçi” oyunu haqqında danışıb: “Roman Qriqarçuk Azərbaycana iddialı gəlmişdi. Buna qədər ölkəmizdə yaxşı işlər görmüşdü. Baxmayaraq ki, onun istədiyi oyunçular bir-bir gəlir, amma o, “Neftçi”də yaxşı işlər görə bilmir. Çempionata çox pis başlayıblar. Amma “Neftçi”nin adı elədir ki, hər bir komanda onlarla görüşə ciddi yanaşır, ciddi hazırlaşır. Onların “Qarabağ”la oyunu isə bir derbidir. Mən inanıram ki, “Qarabağ” asanlıqla qələbə qazanacaq”.

İsmayılov Qara Qarayevin “Neftçi”dən ayrılmasına da münasibət bildirib: “Qara Qarayevin getməyi gözlənilən idi. Çünki onu dubla göndərmişdilər. Ona qarşı nəyin baş verdiyini bilmirəm, lakin Qara Azərbaycan futbolunun yetişdirdiyi ən yaxşı oyunçulardan biridir. O, hazırda da oynaya bilərdi. Qaraya yeni karyerasında uğurlar arzu edirəm”.

Qeyd edək ki, “Qarabağ” - “Neftçi” matçı bu gün saat 20:00-da “Azərsun Arena”da keçiriləcək.

Emin Ağa
İdman.biz