"Bayern" Frans Bekkenbauer meydanında oynayacaq

Xəbərlər
20 Sentyabr 2024 15:55
247
"Bayern" Frans Bekkenbauer meydanında oynayacaq

Münhen şəhəri klubun əfsanəsi Frans Bekkenbauerin şərəfinə "Bayern"in stadionunun ünvan adı dəyişir. 2025-ci ilin yanvar ayından etibarən arenanın ünvanı "Franz-Beckenbauer-Platz 5" (Franz Beckenbauer meydanı, 5) olacaq.

İdman.biz xəbər verir ki, Almaniya çempionu "Bayern"in ünvan adını 2025-ci il yanvarın 7-də -Bekkenbauerin vəfatının birinci ildönümündə dəyişəcək.
“5” rəqəmi əfsanəvi alman futbolçusunun klubda oynadığı vaxt geyindiyi forma nömrəsinin şərəfinə seçilib.

"Bayern"in baş direktoru Yan-Kristian Dresen deyir: "Gələcəkdə biz "Franz-Beckenbauer-Platz 5"də yerləşəcək stadionda oynayacağıq. Bu, Franz və "Bayern" arasındakı əbədi əlaqəni göstərir. Münhen şəhərinə təkcə Frans Bekkenbauerin irsinə hörmətlə yanaşdığına görə deyil, həm də ad təklifimizlə razılaşdığına görə təşəkkür etmək istərdik. "Kayzer"in indi Münhendə daimi yerinin olması əladır. Necə ki, azarkeşlərimiz hər oyunda oxuyurlar: "Heç kim yaxşı dostları ayıra bilməz”.

"Bayern", həmçinin Bekkenbauerin heykəlini "Allianz Arena"nın qarşısında klubun bombardiri Gerd Müllerin abidəsinin yanında qoymağı planlaşdırır.

İdman.biz