Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
İdman.biz xəbər verir ki, iclasda ən diqqət çəkən qərarlardan biri “Göygöl”ə texniki məğlubiyyət verilməsi olub.
III turun “Şəmkir”lə ev oyununun 83-cü dəqiqəsində meydan sahibləri adı matçın protokolunda olmayan 22 nömrəli futbolçu Araz Quliyevi oyuna buraxıblar. Bu səbəbdən də “Göygöl” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib və 400 manat cərimələnib.
Bundan başqa, klub 5 futbolçusu sarı vərəqə aldığından, oyunöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə, iclas otağı hazır olmadığına, xərəkdaşıyanların, habelə komandanın üzvlərində “A buraxılışı” vəsiqəsinin olmadığına görə ümumilikdə 360 manat cərimələnib.
İdman.biz