Azər Bağırov: "Çox şeyi dəyişməliyik"

Xəbərlər
20 Sentyabr 2024 19:42
227
Azər Bağırov: "Çox şeyi dəyişməliyik"

"Komandada vəziyyət elədir ki, oyundan-oyuna tam adaptasiya ola bilmirik. Bəzi şeyləri dəyişmək istəmişik. Amma oyunda alınmır".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının VII turunda "Şamaxı"ya 0:2 hesablı məğlubiyyəti şərh edib: "Bu gün müdafiədə çox kobud səhvlərə yol verdik. Belə qollar buraxanda komanda təzyiq altına düşür. Uşaqlar bu təzyiqdən çıxa bilmədilər. İkinci hissədə bəzi şeyləri dəyişmək istədik. Amma alınmadı. Komada qol vura bilmir. Hücumda çox şeyi dəyişməliyik".

Azər Bağırov azarkeşlərin istefa şüarına da münasibət bildirib: "Mən güclü adamam. Dəyişikliklər edəcəyik. Hamını komandaya dəstək olmağa səsləyirəm. Düşünürəm ki, yaxşı oyunlarımız olacaq. Bir neçə oyunçu da bizə qoşulacaq. Qol vurmaq lazımdır ki, üstünlük səndə olsun. Bunun üzərində çox işləməliyik. Bizim problemimiz müdafiə deyil, hücumdur. Vaxtında qol vura bilmirik. Bunun nəticəsində də müdafiə təzyiqdə olur".

Qeyd edək ki, "Kəpəz" bütün oyunlarda məğlub olub.

İdman.biz