Ayxan Abbasov: "Mühüm 3 xal qazandıq"

Xəbərlər
20 Sentyabr 2024 20:06
46
Ayxan Abbasov: "Mühüm 3 xal qazandıq"

"Bilirdik ki, bizi çətin oyun gözləyir".

İdman.biz xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının VII turunda "Kəpəz" üzərində qazanılan qələbəni şərh edib: "Kəpəz" üçün hər matç geridönüş etmək üçün fürsətdir. Futbolçularıma təşəkkür edirəm. İlk 15 dəqiqədə möhtəşəm mübarizə apardılar. Düzdür, çoxlu qol epizodlarından yararlana bilmədik. Amma bu, normaldır. Çox mühüm 3 xal qazandıq. Bundan sonra daha da çətin olacaq. Yolumuza davam edəcəyik".

Qeyd edək ki, ilk hissədə 2 dəfə fərqlənən "Şamaxı" 2:0 hesabını sonadək qoruyub.

İdman.biz