Roman Qriqorçuk: "Neftçi"nin oyunu ilə bağlı bütün tənqidləri üzərimə götürürəm"

Xəbərlər
20 Sentyabr 2024 22:47
223
Roman Qriqorçuk: "Neftçi"nin oyunu ilə bağlı bütün tənqidləri üzərimə götürürəm"

"Bir neçə dəfə dediyimi təkrarlayacam, mənim üçün heç də xoş olmayan odur ki, biz azarkeşlərimizi sevindirə bilmirik. Bunu yaşamaq mənim üçün çətindir. Amma əminəm ki, yaxşı futbol və yaxşı nəticəyə layiq olan qələbə ilə sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"a böyükhesablı məğubiyyəti şərh edib: "Biz başa düşürdük ki, ən yaxşı edə biləcəyimiz hücumda topla oynamaq idi. Biz buna ümid edirdik və çalışırdıq ki, daha çox topla oynayıb, daha çox hücum edək. Bunu istədiyimiz səviyyədə gerçəkləşdirə bilmədik. Burada tək bizim günahımız yoxdur. Rəqibin güclü olması buna mane oldu. Müdafiə planında isə rəqibi öndə pressinq etmək istəyirdik. Amma yarımçıq alındı. Bu cür keyfiyyətli və sürətli oyunçulara qarşı komandaya mövqe müdafiəsi bizə çətinlik yarada bilər. Ona görə irəlidə pressinq etmək istəyirdik".

Qriqorçuk komandanın əsas kapitanının Ramil Şeydayev olduğunu açıqlayıb: "Dünəndən etibarən komandamızda əsas kapitan Ramil Şeydayevdir, ikinci Yuri Matias, üçüncü isə Robert Bauerdir. Bu, mənim qərarımdır. Komandanın istədiyimiz oyunu göstərməsi üçün zaman çatışmır. Amma indi susmağı daha üstün tuturam. Müxtəlif insanlar bu vəziyyətə fərqli baxır. Amma "Neftçi"nin oyunu ilə bağlı bütün tənqidləri üzərimə götürürəm. Baş verənlərin hamısının dərin analizi var. Sakitəm, rahatam. Oyunçularımıza inanıram. İnanırıq ki, siz yaxşı futbol oynayan, yaxşı nəticə qazanan "Neftçi" görəcəksiz".

Qeyd edək ki, "Neftçi" 7 turdan sonra qələbə qazana bilməyib.

İdman.biz