Ronaldonun 1-ci, Messinin 2-ci olduğu SİYAHI

Xəbərlər
21 Sentyabr 2024 11:07
192
Ronaldonun 1-ci, Messinin 2-ci olduğu SİYAHI

Səudiyyə Ərəbistanı Liqasının 4-cü turunda “Əl-Nəsr”in “Əl-İttifaq”ı (3:0) məğlub etdiyi matçda 1 qol vuran Kriştiano Ronaldo unukal göstərici ilə yadda qalıb.

İdman.biz xəbər verir ki, o, karyerasında vurduğu qolların sayını 902-ə çatdırıb.

Ronaldo 900 qol həddini aşan ilk futbolçudur.

İFFHS ən çox qol vuran futbolçuların siyahısını təqdim edib. Cədvəldə 840 qolla Lionel Messi ikinci, avstraliyalı Alf Quill 778 qolla 3-cüdür.

Krayerasını davam etdirən oyunçulardan bu siyahıda Robert Levandovski 635 qolla 8-ci, Luis Suares 579 qolla 12-cidir.

Tarix boyu ən çox qol vuran futbolçuların ilk “10-luğ”u isə belədir.

1. Kriştiano Ronaldo – 902 qol
2. Lionel Messi – 840 3. Alf Quill – 778
4. Pele -762
5. Romario – 756
6. Ferens Puşkaş – 725
7. Cimmi Cons – 639
8. Robert Levandovski – 635
9. Gerd Müller – 634
10. Joe Bambrik – 626

İdman.biz