UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib - FOTO

Xəbərlər
21 Sentyabr 2024 11:48
63
UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib - FOTO

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib.

İdman.biz xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik ediblər.

Qeyd edək ki, məşqçi kursunun I modulu avqustda keçirilib. III mərhələ 30 sentyabr – 3 oktyabr, IV mərhələ (imtahan həftəsi) isə 4-8 noyabr tarixlərində baş tutacaq.

İdman.biz

Məqalədə: