Almaniya mətbuatı: “Hamı Emreliyə ümid bəsləyir”

Xəbərlər
21 Sentyabr 2024 12:06
315
Almaniya mətbuatı: “Hamı Emreliyə ümid bəsləyir”

Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın II Bundesliqa klubu “Nürnberq”də debüt edə bilər.

İdman.biz xəbər verir ki, “Bild” nəşri “Hamı Emreliyə ümid bəsləyir” başlığı ilə yazı paylaşıb.

Yazıda komandanın baş məşqçisi Miroslav Klozenin oyundan əvvəl Mahirlə bağlı fikirləri yer alıb: “Mahir düz yoldadır. Amma o, hələ 90 dəqiqə oynamağa hazır deyil. İnanıram ki, Emreli zamanı gələndə vəziyyəti dəyişəcək. Mahir bunu, hətta məşqlərdə də göstərdi”.

Qeyd edək ki, “Nürnberq” bu gün 6-cı turda “Herta”nı sınağa çəkəcək. Matç saat 15:00-da başlayacaq.

İdman.biz

Məqalədə: