Mahir Emreli debüt edib, komandası uduzub - FOTO

Xəbərlər
21 Sentyabr 2024 17:07
306
Mahir Emreli debüt edib, komandası uduzub - FOTO

Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın II Bundesliqa klubu “Nürnberq”də debüt edib.

İdman.biz xəbər verir ki, “Nürnberq”in “Herta”nı sınağa çəkdiyi matçda Emreli 39-cu dəqiqədə meydana daxil olub.

O, zədələnən Benjamin Qolleri əvəzləyib. Emreli 55 dəqiqə meydanda olub və 90 üstəgəl 5-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Nürmberq” 7 xalla 11-ci sırada qərarlaşıb.

İdman.biz

Məqalədə: