Elmar Baxşıyev: "Yeni futbolçulara ehtiyacımız var"

Xəbərlər
21 Sentyabr 2024 21:08
51
Elmar Baxşıyev: "Yeni futbolçulara ehtiyacımız var"

“Maraqlı oyun alındı. Hər iki komanda meydanda öz oyun tərzini göstərməyə çalışdı".

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçi Elmar Baxşıyev deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının VII turu çərçivəsində “Turan Tovuz”la keçirilən oyunu şərh edib: "Qələbə qazanmışıq, komandanı tərbik edirəm. İnkişaf edə bilərik, bunun üçün yaxşı potensialımız var. Özünəinam artdıqca, daha yaxşı çıxış edəcəyik. Futbol adına Tovuzda oynamaq futbolçulara hər zaman zövq verir. Futbolçularım təzyiqi hiss etmədilər, çünki hamısı təcrübəli oyunçulardır. Meydanda yaxşı iş gördülər və nəticəni əldə etdilər. Bura ilkə imza atmaq, cari mövsümdə “Turan Tovuz”a ilk dəfə məğlubiyyəti biz yaşadacağıq fikri ilə gəlməmişdik. Çempionatda hər bir komandaya qarşı maksimum hazırlaşmalısan ki, uğur əldə edə biləsən. Komanda olaraq bu gün yaxşı oyun nümayiş etdirdik. Gələcəkdə necə olacaq, indidən demək çətindir. Heyətimizi genişləndirməyə, yeni futbolçulara ehtiyacımız var. Heyətimiz geniş olsa, biz də sığortalı şəkildə çıxış edəcəyik”.

Qeyd edək ki, “Araz-Naxçıvan” səfərdə 2:1 hesabı ilə qalib gəlib.

İdman.biz