Kurban Berdıyev: "Bundan nəticələr çıxarmalıyıq"

Xəbərlər
21 Sentyabr 2024 22:13
61
Kurban Berdıyev: "Bundan nəticələr çıxarmalıyıq"

"Bu gün rəqibimiz qələbəyə daha çox layiq idi".

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.

Rusiyalı mütəxəssis Misli Premyer Liqasının VII turunda "Araz-Naxçıvan"a 1:2 hesablı məğlubiyyəti şərh edib: "Onlarda hamı bir nəfər kimi mübarizə aprırdı. Biz bundan nəticələr çıxarmalıyıq. Paltardəyişmə otağında bu barədə futbolçularıma bildirdim. Komanda 6 turdur lider idi. Bu da uşaqlara psixoloji yük verə bilərdi. Ona görə də futbolçularım oyunlara daha çox fokuslanmalıdır. Bu oyun ən çox narazı qaldığmız matç oldu. Planlaşdırdığmız çox şeyi edə bilmədik. "Araz-Naxçıvan" bizi bir çox komponentdə bizi üstələdi".

Qeyd edək ki, "Turan Tovuz" mövsümdə ilk məğlubiyyətini alıb.

İdman.biz