Renatın komandası 3 xala sevinib

Xəbərlər
21 Sentyabr 2024 22:37
53
Renatın komandası 3 xala sevinib

Azərbaycanlı futbolçu Renat Dadaşov Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Ankaragücü" 6-cı turda "Sakaryaspor"la qarşılaşıb.

Ankara təmsilçisi öz meydanında 2:1 hesabı ilə qələbə qazanıb. Start heyətində yer alan Renat 60-cı dəqiqədə əvəzlənib. O, sarı vərəqə ilə cəzalandırılıb. "Ankaragücü"nün formasını geyinən gənc Həsən Nəzərlinin adı isə iştirak ərizəsinə daxil eilməyib.

Qeyd edək ki, Dadaşovun komandası 6 turdan sonra 9 xalla 8-ci pillədə qərarlaşıb.

İdman.biz