Emin Mahmudov: “Artıq “Neftçi”nin kapitanı deyiləm”

Xəbərlər
22 Sentyabr 2024 10:47
295
Emin Mahmudov: “Artıq “Neftçi”nin kapitanı deyiləm”

“Bildiyiniz kimi, mən artıq “Neftçi”nin kapitanı deyiləm. 6 il ərzində “Neftçi”nin kapitanı olmuşam və bununla qürur duyuram”.

İdman.biz xəbər verir ki, bu fikirləri “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov özünün sosial şəbəkə səhifəsində paylaşıb.

Mahmudov əlavə edib ki, hər zaman komandasına dəstək olmağa çalışıb: “Bu müddətdə çətin anlar da oldu, kədərli də, amma sevincli günlər də az deyildi. Düzdür, oyunumda eniş-yoxuşlar oldu, amma həmişə komandaya kömək etmək üçün bacardığım qədər çalışdım.

Bəzən alınmadı, amma mən əlimdən gələni etdim. Sizdən hər zaman dəstək gördüm. Buna görə də hər birinizə təşəkkür edirəm”.

Qeyd edək ki, baş məşqçi Roman Qriqorçukun qərarı ilə “Neftçi”nin yeni kapitanı Ramil Şeydayev, vtse-kapitanlar isə Yuri Matias və Robert Bauer təyin edilib.

İdman.biz