Krunoslav Renduliç: "İki qola görə məmnun deyiləm"

Xəbərlər
22 Sentyabr 2024 20:26
58
Krunoslav Renduliç: "İki qola görə məmnun deyiləm"

"Biz bura xal götürməyə gəlmişdik. Futbolçularım yaxşı oynadı. Amma mükəmməl oynadığımızı deyə bilmərəm. Çünki yenə qapımızda iki qol gördük. Buna görə də məmnun deyiləm".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Misli Premyer Liqasının VII turunda “Səbail”lə keçirilən görüşü şərh edib: "Hücum xəttinin oyununa görə razıyam. Bilirdik ki, bizim üçün burada çətin olacaq, sonuncu qələbəmizi iki il öncə əldə etmişik. "Səbail" yaxşı oynadı. Amma biz daha yaxşı idik. Müdafiədə səbirli oynamalıyıq. Hər vəziyyətə 100 faiz yanaşmaq lazımdır. Bu sadəcə keyfiyyətdən asılı olan məsələ deyil. Hər vəziyyətə yuxarıdan aşağı baxmaq lazım deyil, daha diqqətli oynamaq lazımdır. Bunu oyundan qabaq da demişdim. Müdafiədə daha məsuliyyətli olmalıyıq".

Qeyd edək ki, "Sabah" səfərdə "Səbail"i 4:2 hesabı ilə məğlub edib.

İdman.biz