Şahin Diniyev: "Bəsit qollar buraxdıq"

Xəbərlər
22 Sentyabr 2024 20:49
155
Şahin Diniyev: "Bəsit qollar buraxdıq"

"Oyun haqda çox danışmaq istəmirəm. Dinamik matç idi. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu".

İdman.biz xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 7-ci turunda “Sabah”a 2:4 hesablı məğlubiyyəti şərh edib: "Bəsit qollar buraxdıq. Dörd qolu buraxmağa layiq deyildik. Heç nədən penalti verildi. "Sabah"ın keyfiyyətli oyunçuları oyunun taleyini həll etdi. Komandam öz səviyyəsinə uyğun futbol oynadı. Çox qol epizodları yaratdıq. Komandadan narazılığım yoxdur. İrəliyə baxmaq lazımdır. Komanda yaxşı futbol oynayır. Müdafiədə bəzi səhvlərimiz var. Uğurlu nəticələr qazanacağıq. Bir qələbədən sonra komandada özünəinam artacaq".

Diniyev komandasının düzgün yolda olduğunu bildirib: "Üç xallıq sistemdə tələsmək lazım deyil. Hələ 7 oyun keçib. Oyunların çoxu qarşıdadır. Autsayderlər tam formalaşmayıb. Komanda yenidən qurulub. Onların birlikdə oynamasına ehtiyac var. Komandada hər oyunda irəliləyiş görünür. Qorxmuram, komanda düzgünyoldadır. Qısa zamanda nəticə olacaq. Tələsməyə ehtiyac yoxdur. Gənc komandayıq. Təcrübə baxımından çətinliyimiz var".

Qeyd edək ki, "Səbail" 4 xalla 8-ci pillədə qərarlaşıb.

İdman.biz