Rəşad Sadıqov: "Vacib üç xal əldə etdik"

Xəbərlər
22 Sentyabr 2024 23:21
119
Rəşad Sadıqov: "Vacib üç xal əldə etdik"

"Vacib üç xal əldə etdik. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, Misli Premyer Liqasının VII turunda "Sumqayıt"la keçirilən oyundan sonra hazırki mövsümdə bir neçə komandanın avrokuboklar uğrunda mübarizə aparacağını bildirib: "Yaxşı oyun göstərən komandalar var, nəticələr əldə edirlər. “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sabah”, “Sumqayıt”, “Neftçi”...Klublar mövsümün sonuna kimi avrokuboklar uğrunda mübarizə aparacaqlar. Ayxan Abbasov "Şamaxı"da yaxşı kollektiv formalaşdırıb. Bu mövsüm rəqiblər daha da çox olacaq".

Rəşad Sadıqov "Neftçi"dən ayrılan Qara Qarayevlə danışıqlar aparmadıqlarını deyib: "Onunla keçən ilə görüşmüşdüm. "Qarabağ"dan ayrıldıqdan sonra onu "Zirə"yə gətirmək istəyirdik. O, "Neftçi"yə keçdi və orada oynamağa qərar verdi. İndi isə elə vaxtda azad agent kimi qaldı ki… Təbii ki, onun kimi futbolçunu hər bir komanda heyətdə görmək istəyər. Sadəcə indi bizdə onun mövqeyində 4-5 oyunçu var. Qara ilə bu il danışığımız olmayıb. Düzü, ötən mövsüm onu komandaya gətirməkdə israr edirdim. Lakin o, sonda "Neftçi"ni seçdi".

Qeyd edək ki, "Zirə" səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlib.

İdman.biz