Azərbaycanlı futbolçu liderlə oyunda 1 xal qazanıb

Xəbərlər
23 Sentyabr 2024 00:29
36
Azərbaycanlı futbolçu liderlə oyunda 1 xal qazanıb

Azərbaycanlı futbolçu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, "Bandırmaspor" "İstanbulspor"un qonağı olub.

6-cı tur çərçivəsində keçirilən qarşılaşmada hesab açılmayıb. Liderlə görüşdə start heyətində yer alan Coşqun 84-cü dəqiqədə əvəzlənib. Diniyev bundan 3 dəqiqə əvvəl sarı vərəqə ilə cəzalandırlıb.

Qeyd edək ki, "Bandırmaspor" 6 oyundan sonra 8 xal toplayıb.

İdman.biz