Samir Abasov: "Yaxşı günlər yaşamırıq"

Xəbərlər
23 Sentyabr 2024 00:57
25
Samir Abasov: "Yaxşı günlər yaşamırıq"

"Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Taktiki mübarizədən onlar qalib ayrıldı".

İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının VII turunda "Zirə"yə 0:2 hesablı məğlubiyyəti şərh edib: "Bütün mübarizələri uduzduq, hücumda oynaya bilmədik. Bir neçə oyundur, belədir. Artıq komandada bəzi addımları atmağın vaxtıdır. Ha düşünürsən ki, gələn oyun düzələr, yox. Yaxşı günlər yaşamırıq. Dörd turdur, uduzuruq. Komandanı necə düzəldəcəyik… danışmaq da çətindir. Toparlanmalıyıq demək də çətindir. Fikirləşirəm ki, komanda daxilində iş görmək lazımdır, sərt olacaq, amma belə rahatlıq olmalı deyil".

Qeyd edək ki, "Sumqayıt" 7 turdan sonra cəmi 6 xal toplayıb.

İdman.biz