Kütləvi Futbol Həftəsinə start verilib - FOTO

Xəbərlər
23 Sentyabr 2024 09:49
207
Kütləvi Futbol Həftəsinə start verilib - FOTO

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Ağstafa şəhər stadionunda 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.

İdman.biz xəbər verir ki, 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.

Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Ağstafa UGİŞM-in direktoru Elşən Yusifov təqdim ediblər.

Qeyd edək ki, UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində növbəti belə tədbir Şəki şəhərində keçiriləcək.

İdman.biz