Dünyanın ən uğursuz seriyası: “Kəpəz”dən ANTİREKORD

Xəbərlər
23 Sentyabr 2024 10:01
298
Dünyanın ən uğursuz seriyası: “Kəpəz”dən ANTİREKORD

Futbol üzrə milli çempionatlarda davam edən ən uzun seriyalar açıqlanıb.

İdman.biz xəbər verir ki, Misli Premyer Liqasının autsayderi “Kəpəz” də siyahıda yer alıb.

Gəncə təmsilçisi ardıcıl 10 oyunda məğlub olub. Qərblilərin bu seriyası hələ ötən mövsümdə başlayıb.

2023/24 mövsümünü 3 məğlubiyyətlə bitirən “Kəpəz” cari çempionatın 7 matçını xalsız başa vurub. Gəncə klubu son xalını mayın 4-də “Sumqayıt”la ev görüşündə alıb – 1:1.

Bu, dünyanın ən uzun seriyaları arasında 5-cidir. Amma daha böyük uğursuzluq yaşayan 4 komanda aşağı liqa təmsilçiləridir. Yüksək liqa klubları arasında dünya antirekordu “Kəpəz”dədir.

Qeyd edək ki, mütləq antirekord Yunanıstanın 2-ci liqasında 23 matç uduzan “Paniliakos”a məxsusdur.

İdman.biz