“Qarabağ”la “Tottenhem” arasında fərq - VİDEO

Xəbərlər
23 Sentyabr 2024 10:38
521
“Qarabağ”la “Tottenhem” arasında fərq - VİDEO

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvəldə qitənin 400 klubu yer alıb.

Azərbaycanın 4 komandası ən yaxşılar arasına daxil edilib. 278 xala malik “Qarabağ” 63-cü pillədə qərarlaşıb.

“Neftçi” 19 xalla 250-ci sıradadır. 15 xalı olan “Sabah” 277-cidir. Bir xal geri qalan “Zirə” 279-cu pillədə yer alıb.

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki ilk rəqibi “Tottenhem” 23-cüdür. İngiltərə klubunun 698 xalı var.

Qeyd edək ki, siyahıya 2389 xala malik “Real” başçılıq edir.

İdman.biz

Məqalədə: