La Liqada Pelleqrini, Azərbaycanda Tsxadadze

Xəbərlər
23 Sentyabr 2024 11:04
276
La Liqada Pelleqrini, Azərbaycanda Tsxadadze

İspaniya La Liqasında ən çox oyun keçirən legioner baş məşqçilər açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in siyahısında “Betis”in çalışdırıcısı Manuel Pelleqrini başçılıq edir.

Çilili mütəxəssis İspaniya klublarını 489 matça çıxarıb. “Vilyarreal”, “Real”, “Malaqa” və “Betis”də işləmiş 71 yaşlı çalışdırıcı çexoslovakiyalı Ferdinand Dauçiki (488) ötən həftə arxada qoyub. İlk “üçlüy”ü argentinalı Dieqo Simeone qapayır – 484 matç.

Azərbaycan Premyer Liqasının əcnəbilər arasında rekordçusu isə Kaxaber Tsxadadzedir. O, elita klublarını 234 oyuna çıxarıb. Gürcüstanlı “Standard”, “İnter” (indiki “Şamaxı”) və “Qəbələ”yə rəhbərlik edib.

İdman.biz

Məqalədə: