Frank de Blekeredən Maçadonun hərəkətinə MÜNASİBƏT

Xəbərlər
23 Sentyabr 2024 11:53
64
Frank de Blekeredən Maçadonun hərəkətinə MÜNASİBƏT

Misli Premyer Liqasının VII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” matçındakı mübahisəli hakim qərarlarına aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere qarşılaşmadakı şübhəli epizodlara izah verib.

O, matçın 13-cü dəqiqəsində yaşanan hadisəyə münasibət bildirib: “Top havada olan zaman “Araz-Naxçıvan”ın 16 nömrəli oyunçusu Ramon Maçado topa oynamaq istəyir. O, ayağının ucu ilə “Turan Tovuz”un 5 nömrəli futbolçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir. Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir. Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik. O, ayağının ucu ilə (butsun altı ilə deyil) müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi hərəkət qəsdən təmas, qayda pozuntusu deyil”.

Qeyd edək ki, qarşılaşmanı Elçin Məsiyev idarə edib.

İdman.biz