"Qarabağ"ın qarşısını kəsib, uğursuzluq zolağına düşüb

Xəbərlər
23 Sentyabr 2024 13:18
259
"Qarabağ"ın qarşısını kəsib, uğursuzluq zolağına düşüb

Bakıda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasına vəsiqə qazanan Xorvatiya “Dinamo”su ondan sonra uğursuzluq zolağına düşüb.

İdman.biz xəbər verir ki, Zaqreb təmsilçisi ardıcıl 4 oyundur qələbə qazana bilmir.

Xorvatlar onlardan da son üçündə məğlub olub.

UEFA Çempionlar Liqasında bir oyunda rekord sayda qol buraxaraq “Bavariya”ya 2:9 hesabı ilə uduzan “Dinamo” ötən həftəsonu yerli çempionatda son üç ildə ilk dəfə “Slaven”ə məğlub olub, özü də yenə böyük hesabla - 1:4.

"Dinamo" hazırda Xorvatiya çempionatının 7 turundan sonra "Riyeka" və "Hayduk"dan 4 xal geri qalaraq 13 xalla üçüncü pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: