Derbidə qələbəyə görə 1,5 milyon MÜKAFAT

Xəbərlər
23 Sentyabr 2024 15:19
231
Derbidə qələbəyə görə 1,5 milyon MÜKAFAT

İstanbul derbisində “Fənərbaxça”ya 3:1 hesabı ilə qalib gələn “Qalatasaray”ın futbolçuları üçün mükafatların məbləği bəlli olub.

İdman.biz xəbər verir ki, “Fanatik” nəşri “sarı-qırmızılar”ın hər oyunçusuna 1,5 milyon TL (74,6 min AZN) məbləğində mükafat verildiyi barədə məlumat yayıb.

“Qalatasaray” bu qələbə ilə “Fənərbaxça” üçün rekord olan 32 oyunluq məğlubiyyətsizlik seriyasını da dayandırıb.

İdman.biz